“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: - “O borc bağışlanmayıb, qanunla avtomatik silinib” | SON XƏBƏR | SON XƏBƏR

“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: – “O borc bağışlanmayıb, qanunla avtomatik silinib”

“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM:
Ötən ay “Kapital Bank” şəhid hərbçilərin borclarının silinməsi ilə bağlı məlumat yayıb. Belə ki, “Kapital Bank” tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin törətdiyi hərbi təxribatlar nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun banka olan 12 min manat məbləğində krediti ilə yanaşı, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib.

Şəhid və şəhid ailələrinə göstərilən diqqət və qayğı təqdirəlayiq olsa da, bu məsələdə maraq doğuran bir nüans var. Çünki bir çox hallarda kredit təşkilatları vəfat etmiş şəxsin kredit borcunun ödənilməsini qanunsuz olaraq, onun ailə üzvlərindən tələb edir. Maraqlıdır ki, borcalan vəfat edərsə, onun kreditinin aqibəti necə olmalıdır?

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, bankdan kredit götürən istənilən vətəndaş borca görə öz əmlakı ilə cavabdehlik daşıyır. Yəni şəxs vəfat edərsə, onun adına olan əmlak borcun ödənilməsinə yönəldilir. Lakin vəfat edən şəxsin adına əmlak yoxdursa, həmin borc silinməlidir:

“Əgər şəxsin adına olan əmlak vərəsələrə keçirsə, bu halda vərəsələr qəbul etdikləri əmlakın dəyərinə əsasən, borcu ödəməlidirlər. Məsələn, vəfat edən şəxsin 5 min manat borcu varsa, adına olan əmlakın dəyəri isə 3 min manatdırsa, vərəsə yalnız 3 min manatı qaytarmalıdır.

Borclunun sığortası isə iki variantda rəsmiləşə bilər. Əgər kredit götürərkən borclunun həyatı sığortalanıbsa, bu halda şəxs vəfat edərkən, borcu avtomatik silinməlidir. Yəni şəhidin həyat sığortası olubsa, “Kapital Bank” onun borcunu bağışlamayıb, borc qanunla avtomatik silinib. Lakin Azərbaycanda kreditlər üzrə həyat sığortası, əsasən, ipoteka müqavilələrində tətbiq olunur.

Digər sığorta növü isə borcalanın kredit borcunu qaytara bilməməsi ilə bağlıdır. Yəni hansısa sığorta şirkəti şəxsin kredit borcunu qaytarmasına dair öhdəliyi öz üzərinə götürür. Bu sığorta növü isə ölkəmizdə, ümumiyyətlə, tətbiq edilmir”.

Bu barədə Yenicag.az-a açıqlama verən hüquqşünas Ellada Bayramovanın sözlərinə görə, ölkədə vəfat edən şəxsin borcunun geri qaytarılması ilə bağlı xaotik vəziyyət hökm sürür. Belə ki, banklar dünyasını dəyişən şəxsin borcunu onun ailə üzvlərindən tələb edirlər:

“Kapital Bank” özünü reklam etmək üçün şəhidlərin adından sui-istifadə edir. Əgər vətəndaşın borcuna dair zamin olmayıbsa, şəxs vəfat etdikdən sonra borc avtomatik silinməlidir. Çünki zamin yoxdur və şəxs ölübsə, borcu başqasından tələb etmək olmaz.

Burada yeganə variant ölən şəxsin adına olan əmlakı və ya qiymətli əşyaları müsadirə etmək olar. “Kapital Bank” ölkədəki ən iri banklardan biridir. Şəhidə jest kimi atdığı addımla özünü reklam etməsi çox gülüncdür. Çünki ölən insanın adından sui-istifadə edilməsi doğru yanaşma deyil. Təəssüf ki, bu mənfi hallar günümüzün reallığıdır”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>