Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub | SON XƏBƏR | SON XƏBƏR

Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov və Bitki sistematikası şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Seyidovanın “Naxçıvan Muxtar Respublikası florasında Paxlakimilər fəsiləsinin məhv olma təhlükəsində olan növləri” adlı məqaləsi Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetinin Təbiət və Tətbiqi Elmləri İnstitutunun jurnalında dərc olunub.

Məqalədə göstərilir ki, Paxlalılar fəsiləsi floramızda cins və növlərinin sayına görə ən böyük fəsilələrdən biri olmaqla yanaşı, faydalı növlərinin çoxluğu ilə də fərqlənir. Cinslərə daxil olan növlərin çoxu fitosenozların başlıca dominant və subdominant bitkilərindən biri kimi formalaşaraq qiymətli yem, eyni zamanda, nadir və endemik bitkilərdir.

Qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası ərazisində 2014-2018-ci illərdə aparılan araşdırmalar nəticəsində Paxlalılar fəsiləsinin endemik növləri aşkar olunub. Ümumiyyətlə, muxtar respublika ərazisində Paxlalılar fəsiləsinin 46 cinsə aid 258 növü yayılıb. Bunlardan 15 növü Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib, 9 növ isə endemikdir.

Məqalədə Paxlalılar fəsiləsinə daxil olan nadir və məhv olma təhlükəsi altında olan növlərin yayılma zonaları, məhv olma səbəbləri verilib, xəritələri tərtib edilib, həmçinin mühafizə yolları göstərilib.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>