"Sevilya" və "Bayer" Avropa Liqasının 1/4 finalına vəsiqə qazandılar | SON XƏBƏR | SON XƏBƏR

“Sevilya” və “Bayer” Avropa Liqasının 1/4 finalına vəsiqə qazandılar

sevilla_fc_060820

 

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində 2 oyun keçirilib.

Trend-in məlumatına görə, "Sevilya" - "Roma" qarşılaşmasında İspaniya təmsilçisi 2:0 qələbə qazanıb. Oyunda qolları Serxio Regilon (22-ci dəqiqə) və Yussef En-Nesiri (44-cü dəqiqə) vurublar.

Digər qarşılaşma Almaniyanın "Bayer" klubu və Şotlandiyanın "Reyncers" klubu arasında baş tutub. Burada "Bayer" rəqib komanda üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 51-ci dəqiqədə Musa Diabi vurub.

Beləliklə, "Bayer" və "Sevilya" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>