SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb | SON XƏBƏR | SON XƏBƏR

SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb

Hacıqabul rayonunda Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus qaz kəmərlərindən birində partlayış baş verib.

Bu barədə Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov qeyd edib ki, partlayış yaşayış məntəqələrindən uzaq bir ərazidə baş verib. Buna görə də əhali üçün heç bir təhlükə yoxdur və zərərçəkən də yoxdur:

"Bu, bizim əsas qaz boru kəmərlərimizdən biridir. Onun "Qalmaz" yeraltı anbarına bağlı bir qaz boru kəməri olduğu ehtimal edilir".

SOCAR rəsmisi bildirib ki, boru kəməri özü artıq bağlanıb, qaz artıq oraya daxil olmur:

"Boru içərisində qalan qaz bitəndən sonra yanğın müvafiq olaraq dayandırılacaq. Partlayışın səbəbi hələlik bizə məlum deyil. Güman edilir ki, bu, qaz sızmasına və partlayışa səbəb olan korroziyadır"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>