Tanınmış jurnalist Ziyəddin Sultanov vəfat edib | SON XƏBƏR | SON XƏBƏR

Tanınmış jurnalist Ziyəddin Sultanov vəfat edib

image here

Əməkdar jurnalist, yazıçı-publisist, “Xalq qəzeti”nin Qarabağ müxbiri Ziyəddin Sultanov vəfat edib.
Sonxəbər.info xatırladır ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Ziyəddin Sultanov “Gənclik” nəşriyyatında redaktor, “Azərbaycan gəncləri” qəzetində müxbir, “Kommunist” qəzetində müxbir və zona müxbiri (xüsusi müxbir) vəzifələrində işləyib.
1951-ci ildə Ağdamn Mollalar kəndində doğulan Ziyəddin Sultanov “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin”, “Gəlin gedək Qarabağa” və digər kitabların müəllifidir.
Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>