Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb | SON XƏBƏR | SON XƏBƏR

Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb

hospital_xestexana_230620_2

 

Avqustun 8-də saat 15 radələrində, Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsartlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Tovuz Rayon Prokurorluğundan  Sonxəbər.info-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin əri Malik Məmmədalıyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Malik Məmmədalıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>