SON XƏBƏR | Archive | Sentyabr

Home » 2020 » Sentyabr

XİN: Ermənistan muzdluları gətirməklə terrorçuluğun ölkənin dövlət siyasətinin tərkib hissəsi olduğunu nümayiş etdirir

XİN: Ermənistan muzdluları gətirməklə terrorçuluğun ölkənin dövlət siyasətinin tərkib hissəsi olduğunu nümayiş etdirir

Rusiya XİN-in Informasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin mətbuat açıqlamasında deyilir. “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və […]

DTX ermənilərin fəallığı ilə bağlı vətəndaşlara müraciət etdi

DTX ermənilərin fəallığı ilə bağlı vətəndaşlara müraciət etdi

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir. Bu barədə Trend-ə Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib. Bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı […]

Ermənistan siyasi-hərbi rəhbərliyinin yalanları “Hədəf”də müzakirəyə çıxarılıb

Ermənistan siyasi-hərbi rəhbərliyinin yalanları “Hədəf”də müzakirəyə çıxarılıb

Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizdə düşmənə qarşı uğurlu əməliyyatı, işğalçı Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlüyü düşməni çıxılmaz vəziyyətdə qoyub. Məğlubiyyətə uğradığını görən Ermənistanın siyasi-hərbi rəhbərliyi xislətinə uyğun olaraq yalanlara əl atmağa başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrunda üstün hərbi əməliyyatları, Ermənistanın ölkəmizə, ordumuza […]

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bu barədə  Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib. Onun sözlərinə görə, erməni hərbi birləşmələri mülki əhalinin yaşayış evlərini hədəfə alıb: “Sentyabrın 27-dən bu günə qədər erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 97 ev və obyektə ciddi […]

Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib (VİDEO)

Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib (VİDEO)

Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemini məhv edib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı baş tutub. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib. Məlumata məsasən, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulanıb və bütün ölkələri maksimum […]

ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər

ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan Adnkronos xəbər agentliyi Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü nəticəsində yaranmış şəraitdə ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri, İtaliyanın sabiq xarici işlər nazirinin müavini Mario Raffellidən müsahibə götürüb. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibəsində M.Raffaelli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamasının çox narahatedici olduğunu bildirir və […]

Məktəblərdə həftəlik dərs saatlarının ümumi miqdarı müəyyən edilib

Məktəblərdə həftəlik dərs saatlarının ümumi miqdarı müəyyən edilib

Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı müəyyən olunub. Bu barədə məlumat Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda əksini tapıb. Qərara əsasən, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı aşağıdakı kimdir: Tədris dilləri Məktəbə hazırlıq İbtidai təhsil […]

Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası (VİDEO)

Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası (VİDEO)

Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb. Bu […]

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

İşğal edilmiş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir. İtirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən hücuma cəhd göstərib və Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Lakin düşmənin bu fəaliyyətinin qarşısı alınıb. Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar […]

Page 1 of 187123Next ›Last »