Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib | SON XƏBƏR | SON XƏBƏR

Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 “Taliban” üzvü məhv edilib

Əfqanıstanın Hərbi Hava Qüvvələrinin təyyarələri Gündüz əyalətində "Taliban" radikal hərəkatının mövqelərinə zərbələr endiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, aviazərbələr nəticəsində 40 "Taliban" üzvü məhv edilib.

"Reuters" agentliyinin məlumatına əsasən, aviazərbələr nəticəsində həmçinin 12 dinc sakin həlak olub, 10 nəfər isə yaralanıb.

Əfqanıstanın Müdafiə Nazirliyi dinc sakinlərin həlak olması barədə məlumatı təsdiqləməyib, lakin bununla bağlı araşdırma aparıldığını bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>