Sentyabr 5, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Sentyabr » 05

Hər gün təmizlənməsi vacib olan əşyalar və yerlər

Hər gün təmizlənməsi vacib olan əşyalar və yerlər

Hər ailədə, evdə təmizlik işlərinin görülməsi dövriliyi fərqlidir. Bəzi evlərdə təmizlik işləri hər gün, bəzilərində günaşırı, bəzilərində həftəlik, hətta 15 gündə, ayda bir dəfə görülür. Amma mütəxəssislər hesab edir ki, evlərdə təmizlik işləri neçə müddətdən bir aparılmasından asılı olmayaraq, hər gün təmzilənməsi vacib olan yerlər, əşyalar var. Bunların hər gün edilməsi sağlamlıq baxımından çox önəmlidir. Xüsuslə pandemiya […]

Məcburi köçkünlərin məktəbli uşaqlarına futbol forması hədiyyə edilib (VİDEO)

Məcburi köçkünlərin məktəbli uşaqlarına futbol forması hədiyyə edilib (VİDEO)

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və Millət vəkili Rauf Əliyev Xocalı, Xankəndi və Şuşadan olan məcburi köçkünlərin məktəbli uşaqlarına futbol forması hədiyyə edib. Trend-in məlumatına görə, bu barədə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəsmi “Twitter” səhifəsinə məlumat verilib. Layihənin məqsədi məktəblilər arasında sağlam həyat tərzini təbliğ etməkdir.  

İnstaqram sosial şəbəkəsində Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb

İnstaqram sosial şəbəkəsində Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb

Sentyabrın 5-dən instaqram sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: www.instagram.com/azerbaijan_mod

Türkiyədə koronavirusdan daha 984 nəfər sağalıb

Türkiyədə koronavirusdan daha 984 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 56 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 620 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 673 yeni yoluxma halı qeydə alınıb. Nazir əlavə edib ki, ötən gün koronavirusdan 984 […]

Müdafiə naziri “BOO – 2020” yarışlarının bağlanış mərasimində iştirak edib (FOTO)

Müdafiə naziri “BOO – 2020” yarışlarının bağlanış mərasimində iştirak edib (FOTO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2020” (BOO – 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, “BOO – 2020” […]

MN: Azərbaycan Ordusunun hərbi qulluqçuları “Qafqaz-2020” təlimlərində iştirak etməyəcək

MN: Azərbaycan Ordusunun hərbi qulluqçuları “Qafqaz-2020” təlimlərində iştirak etməyəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Qafqaz-2020″ təlimlərində iştirak etməyəcək Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən bildirib: “Cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020″ təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək. Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır”.

Mustafa Şəntop: “Harada Türkiyə varsa, Azərbaycan oradadır, harada Azərbaycan varsa, Türkiyə də var”

Mustafa Şəntop: “Harada Türkiyə varsa, Azərbaycan oradadır, harada Azərbaycan varsa, Türkiyə də var”

“Tarixin qlobal və regional baxımdan böyük dəyişikliklərin yaşandığı bir dönəmindən keçirik. İnanırıq ki, bu proses Türkiyə ilə Azərbaycanın gücünü, birliyini artıracaq. Ortaya çıxan problemin həllində bu birliyin müsbət nəticələrinin davamı olacaq”. Bunu Türkiyə Parlamentinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı fikirlərini APA-nın yerli bürosuna şərh edərkən deyib. Hər […]

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 5-nə olan statistik göstəriciləri açıqlayıb. Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 179 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 956 492 test aparılıb. Aktiv xəstə sayı 2 082 nəfərdir, onlardan 131 nəfər reanimasiyadadır, 12 nəfər isə […]

11 idmançının həlak olduğu olimpiada – 48 il əvvəl bu gün fələstinli terrorçular yəhudi atletləri qətlə yetiriblər

11 idmançının həlak olduğu olimpiada – 48 il əvvəl bu gün fələstinli terrorçular yəhudi atletləri qətlə yetiriblər

48 il öncə bu gün, 1972-ci ilin sentyabrın 5-də tarixə növbəti faciəli bir hadisə yazılıb – Münhen qətliamı. Dünya ictimaiyyəti olimpiya oyunlarında terror aktına şahidlik edib… Kütləvi idman tədbirlərinin, dünya miqyaslı turnirlərin, olimpiya oyunlarının keçirilməsində ən çətin və mürəkkəb məsələlərdən biri təhlükəsizliyin təmin edilməsidir. Bu məsələdə məsuliyyət daha çox ev sahiblərinin üzərinə düşür. Ancaq bəzən […]

Müdafiə naziri “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib (FOTO)

Müdafiə naziri “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib (FOTO)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış edib.  

Page 1 of 512345