Sentyabr 7, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Sentyabr » 07

SON DƏQİQƏ: Bakıda sərnişin avtobusu qəzaya uğrayıb – FOTO

SON DƏQİQƏ: Bakıda sərnişin avtobusu qəzaya uğrayıb – FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sonxəbər.info  APA-ya istinadən xəbər verir ki, Zığ yolu şosesində “Daewoo” markalı avtobus yoldan çıxıb. Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb. Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Türkiyədə koronavirusdan daha 1 047 nəfər sağalıb

Türkiyədə koronavirusdan daha 1 047 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 730 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 703 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 281 509 nəfərə çatıb. Nazir […]

Azərbaycan və Türkiyə arasında formalaşdırılan bu media platforma həddən artıq önəmlidir – Türkiyəli jurnalist

Azərbaycan və Türkiyə arasında formalaşdırılan bu media platforma həddən artıq önəmlidir – Türkiyəli jurnalist

Azərbaycan və Türkiyə arasında formalaşdırılan bu media platforması həddən artıq önəmlidir. Bunu Trend-ə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mətbuat xidmətinin rəhbəri, Türk-Ərəb Media Dərnəyinin baş direktoru Fatih Ökə bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edən, iki qardaş dövlət və tək millətdir. “Xarici siyasətdə bir birimizi tam anlamda tamamlamağımıza , […]

Ermənistan həmişə Gürcüstan dövlətinə və xalqına qarşı satqınlıq edib – Quram Marxuliya

Ermənistan həmişə Gürcüstan dövlətinə və xalqına qarşı satqınlıq edib – Quram Marxuliya

Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü, işğalçı mahiyyətini hər zamankı kimi ortaya qoymaqdadır. Rəsmi İrəvan separatçılıq siyasətini beynəlxalq siyasi arenada dəstəklədiyini Gürcüstana qarşı ərazi iddiaları ilə də ortaya qoyur. Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında növbəti müzakirə Cənubi Qafqaz regionunda baş verənlərlə, Ermənistanın bölgədə gərginlik yaradan addımları ilə bağlı olub. Verilişin qonaqları, Milli Məclisin deputatı, […]

Azərbaycan və Türkiyə arasında media platformasının yaradılması hər iki dövlət üçün olduqca önəmlidir – Türkiyəli diplomat

Azərbaycan və Türkiyə arasında media platformasının yaradılması hər iki dövlət üçün olduqca önəmlidir – Türkiyəli diplomat

Azərbaycan və Türkiyə arasında media platformasının yaradılması hər iki dövlət üçün olduqca önəmlidir. Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaradılmasını şərh edərkən bildirib. O qeyd edib ki, media ictimai fikrin yaradılmasında, eyni zamanda toplumun idarə edilməsində və maarifləndirmə üçün çox önəmli bir vasitədir. “İnformasiya bombardımanına” […]

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 7-nə olan statistik göstəriciləri açıqlayıb. Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 936 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 967 040 test aparılıb. Aktiv xəstə sayı 2 030 nəfərdir, onlardan 139 nəfər reanimasiyadadır, 12 nəfər isə […]

Nazirlər Kabineti güzəştlərin tətbiqi qaydasında dəyişiklik edib

Nazirlər Kabineti güzəştlərin tətbiqi qaydasında dəyişiklik edib

Nazirlər Kabineti “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarında dəyişiklik edib. Trend-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarla güzəştlərin tətbiqi qaydasında dəyişiklik olunub. Belə ki, indiyədək satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər […]

Səfir Seyid Abbas Musəvi: İran Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir

Səfir Seyid Abbas Musəvi: İran Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir

Bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz. Trend xəbər verir ki, bu sözləri İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib. Səfir bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli […]

Sentyabrın 8-i üçün teledərslərin cədvəli açıqlanıb

Sentyabrın 8-i üçün teledərslərin cədvəli açıqlanıb

“Mədəniyyət” telekanalı və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 8-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Sonxəbər.info-ya  Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər tədris edilən mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, […]

Saatlıda 4 otaqlı ev yanıb

Saatlıda 4 otaqlı ev yanıb

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən  məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Page 1 of 7123Next ›Last »