Sentyabr 11, 2020 | Page 3 of 7 | SON XƏBƏR | SON XƏBƏR | 3

Home » 2020 » Sentyabr » 11 (Page 3)

GDU-nun dekanı rektoru necə aldadıb ? – Moskvada və aylıqdakı tələbələr…

GDU-nun dekanı rektoru necə aldadıb ? – Moskvada və aylıqdakı tələbələr…

Gəncə Dövlət Universitetinin (GDU-nun) rektoru Yusif Yusifovun “Fizika və Texniki fənnlər” fakultəsinin dekanı Muğan Quliyev tərəfindən aldadılmasına, sonuncunun yüksək etimada dönük çıxmasına dair ciddi iddialar var. Belə ki, bu günlərdə “Demokratik.Az”-a daxil olan və sensasiya doğura biləcək məlumatları incələdikdə aydın olur ki, GDU-nun adıçəkilən fakültəsinin “rəsmxət və təsviri incəsənət” ixtisasının bir neçə tələbəsi dekanın maddi […]

Sahibə Qafarova TBMM-in binasının bombalanmış hissəsi ilə tanış olub (FOTO)

Sahibə Qafarova TBMM-in binasının bombalanmış hissəsi ilə tanış olub (FOTO)

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib. Nümayəndə heyətinə burada o dövrkü hadisələr barədə geniş məlumat verilib.

“Abituriyent Məsləhət Mərkəzləri” həftə sonu da fəaliyyət göstərəcək

“Abituriyent Məsləhət Mərkəzləri” həftə sonu da fəaliyyət göstərəcək

Ali təhsil müəssisələrinin ixtisas seçimi başlayıb. Bunu nəzərə alaraq “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyətlərini şənbə və bazar günləri – 12 və 13 sentyabr tarixlərində də davam etdirəcək. Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, […]

Bakıda “Ford” markalı yük avtomobili yanıb

Bakıda “Ford” markalı yük avtomobili yanıb

Bakı şəhərinin Xətai rayonunda “Ford” markalı yük avtomobilinin oturacaqları və elektrik lövhəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İqtisadiyyat nazirinin təqdimatında vebinar təşkil edilib (FOTO)

İqtisadiyyat nazirinin təqdimatında vebinar təşkil edilib (FOTO)

Sentyabrın 11-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib. 450-ə yaxın iştirakçının qatıldığı vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, İqtisadiyyat naziri Mikayıl Cabbarov “İdarəçi rəhbər və təcrübə” mövzusunda təqdimatla çıxış edib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Mikayıl Cabbarov “Yüksəliş” layihəsinin əhəmiyyəti barədə məlumat verib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları […]

FHN sosial şəbəkədə vətəndaşın şikayətinə reaksiya verdi

FHN sosial şəbəkədə vətəndaşın şikayətinə reaksiya verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi “Facebook” səhifəsinə vətəndaş tərəfindən edilmiş şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həqiqətən də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, bina 24 ünvanda yerləşən 11 nömrəli mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar qanun pozuntusuna yol verildiyi müəyyən edilib. Fövqəladə Hallar nazirliyindən Trend-ə verilən məlumata görə, […]

Mustafa Şentop: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Mustafa Şentop: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Sentyabrın 11-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub. Nümayəndə heyətimiz tərəfindən Azərbaycan xalqının ümummilli liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub və xatirəsi anılıb. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib. Sonra deputatlarımız Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını […]

Müdafiə Nazirliyi ön xəttə olan hərbi bölmələrimizlə bağlı videoçarx hazırladı

Müdafiə Nazirliyi ön xəttə olan hərbi bölmələrimizlə bağlı videoçarx hazırladı

Müdafiə Nazirliyi cəbhə xəttində xidmət edən hərbi bölmələrimizlə bağlı videoçarx hazırlayıb. Trend-in məlumatına görə, videoçarxda ön xəttə xidmət edən hərbçilərin döyüş hazırlığı, hərbi hissələrdə vəziyyət, əsgər və zabitlərimizin gündəlik hazırlıq məşqləri nümayiş olunur. Ön xəttə xidmət edən hərbçilərimiz döyüşə tam hazır olduğunu, vətənin müdafiəsində qürurla dayandığını bildiriblər. Videolayihədə, həmçinin cəbhə bölgəsində xidmət edən əsgərlərin şəraiti […]

Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır

Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır

Məktəblərdə onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır. Sonxəbər.info-nun  məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, məktəblərdə onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir: […]

Azərbaycanda 163 nəfər koronavirusa yoluxdu, 171 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi

Azərbaycanda 163 nəfər koronavirusa yoluxdu, 171 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 38 037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər […]