Sentyabr 11, 2020 | Page 5 of 7 | SON XƏBƏR | SON XƏBƏR | 5

Home » 2020 » Sentyabr » 11 (Page 5)

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır. Təhsil Nazirliyindən Sonxəbər.info-ya  verilən məlumata görə, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri […]

Prezident İlham Əliyev Albert Lixanovu “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Albert Lixanovu “Dostluq” ordeni ilə təltif edib

  Prezident İlham Əliyev Albert Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Anatolyeviç Lixanov “Dostluq” ordeni ilə təltif edilsin.

Sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq

Sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq

Yay aylarında keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar üçün tam orta təhsil bazası üzrə sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır: “Sentyabrın 10-da keçirilən bu imtahanda 20 minə yaxın […]

DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı

DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı

Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalıdırlar, onlar üçün ixtisas seçimini başqa şəxslər deyil, abituriyent özü etməlidir. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, ötən il III qrupdan bir oğlan Qızlar Univeristetinə qəbul olmuşdu və buna görə də DİM-i günahkar bilirdi: “Həmin şəxs bizə müraciət edərək […]

Milli Gimnastika Arenasında köməkçi zal sökülür

Milli Gimnastika Arenasında köməkçi zal sökülür

Gimnastika növləri üzrə yığma komandaların uzun illər ərzində sevimli məşq məkanına çevrilmiş Milli Gimnastika Arenası (MGA) ərazisində yerləşən köməkçi zalın sökülməsinə qərar verilib. Trend-in Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, 2013-cü ildən fəaliyyət göstərən və ümumi sahəsi 6000 kv.m olan bu zalın sökülməsinə səbəb onun istifadə müddətini artıq başa vurmasıdır. MGA-nin cənubunda yerləşən, hava […]

ABŞ-da meşə yanğınlarında ölənlərin sayı 23 nəfərə çatıb

ABŞ-da meşə yanğınlarında ölənlərin sayı 23 nəfərə çatıb

ABŞ-ın qərb ştatlarında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. Trend-in məlumatına görə, hazırda yanğınlar ölkənin qərb sahilindəki 12 ştatı əhatə edir. Ölənlərdən 19 nəfəri Kaliforniyada, 3 nəfər Oreqon, 1 nəfər isə Vaşinqton ştatlarında qeydə alınıb. Oreqon ştatında 500 mindən çox sakin təxliyə olunub. Yanğınlar ümumilikdə 1,4 milyona yaxın meşə sahəsini məhv […]

Sabah Bakıda 31 dərəcə isti olacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti […]

Sentyabrın 30-dək həftəsonları metro işləməyəcək

Sentyabrın 30-dək həftəsonları metro işləməyəcək

Sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq. Bu barədə Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, sentyabrın 14-dən metro fəaliyyətini bərpa edir

“Real-Park” MMC-yə cinayət işi açıldı

“Real-Park” MMC-yə cinayət işi açıldı

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən Sonxəbər.info-ya  verilən məlumata görə, bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən […]

Dərslərin distant keçirilməsi müəllimlərin maaşına təsir edəcək? – Rəsmi açıqlama

Dərslərin distant keçirilməsi müəllimlərin maaşına təsir edəcək? – Rəsmi açıqlama

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bəzi dərs məşğələlərinin distant (məsafədən) formada keçirilməsinin müəllimlərin əməkhaqlarının məbləğinə təsir edib-etməyəcəyini açıqlayıb. Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil […]