Sentyabr 17, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Sentyabr » 17

Avropa Liqası: “Qalatasaray” “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldi FOTO YENİLƏNİB

Avropa Liqası: “Qalatasaray” “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldi FOTO YENİLƏNİB

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Füzuli Məmmədovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubunu qəbul edib. Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə olub. Qapıçı Aqil Məmmədov qurtardığı top qapı dirəyinə dəyib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən […]

Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib

Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib

Almaniyanın Düsseldorf şəhərində xəstəxananın IT sisteminə haker hücumundan sonra orada müalicə olunan xəstələrdən biri vəfat edib. Trend-in məlumatına görə, naməlum şəxslər Henrix Heyne Universitetinin xəstəxanasının serverlərini blok edib və fəaliyyətin bərpa olunması üçün pul tələb ediblər. Serverlərin bloklanması xəstəxananın işinə ciddi təsir göstərib. Nəticədə bir xəstə həyatını itirib.

“İnstaqram”ın işində qüsurlar yaranıb

“İnstaqram”ın işində qüsurlar yaranıb

“İnstaqram” sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər. Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir. Məlumata əsasən, “İnstaqram”ın işində texniki qüsurlar əsasən ABŞ, Avropa ölkələri, Braziliya və digər ölkələrdə müşahidə edilib. İstifadəçilərin təxminən 75 faizi xəbər lentində, 16 faizi sayta girişdə, 7 faizi isə hesaba daxil olarkən problemlərlə […]

Azərbaycana “Stadler” şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib

Azərbaycana “Stadler” şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib

Azərbaycana Belarusdan “Stadler” şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib. Azərbaycan Dəmir Yolları QSC-nin fərdi sifarişinin ikinci partiyası “Stadler Minsk” QSC-də istehsal edilib. Trend-in məlumatına görə, bu barədə “BELTA”ya “Stadler Misnk” QSC-nin reklam və marketinq kommunikasiyaları bürosundan bildiriblər. Məlumata əsasən, sifariş çərçivəsində ilk 10 vaqon “Stadler” şirkətinin İsveçrədəki müəssisəsində istehsal edilib və 2019-cu ildə […]

Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi

Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi

Aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətdən biri də özünüməşğulluğun artırılmasıdır. Özünüməşğulluq proqramı Azərbaycanda artıq 4 ildən çoxdur ki, icra olunmaqdadır. Proqramın əsas üstünlüyü ondan ibarətdir ki, ailələr dövlətdən dəstək almaqla öz ailə büdcələrini dayanıqlı şəkildə təmin edə bilirlər. Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında özünüməşğulluq proqramının icra vəziyyəti, aztəminatlı ailələrin […]

Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib

Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib

Bu gün Pentensiar Xidmət, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri və həkim Adil Qeybulla həbsdə olan müsavatçı, hazırda”Citi Hospital”-da müalicə alan Tofiq Yaqublu ilə görüşüb. Trend-in məlumatına görə, görüşdən sonra TƏBİB idarə heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev jurnalistlərə açıqlamasında bildirib ki, xəstənin vəziyyəti kafidir. “Görüş zamanı Tofiq Yaqubluya tövsiyə etdik ki, aclığı dayandırsın. Əgər aclığı […]

İcma bəyanat yaydı: Ermənistan yaratdığı qondarma qurumun dili ilə təxribatçı bəyanatlar verməkdə davam edir

İcma bəyanat yaydı: Ermənistan yaratdığı qondarma qurumun dili ilə təxribatçı bəyanatlar verməkdə davam edir

Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir. Qondarma rejimin “başçısı” münaqişənin tənzimlənməsi üçün 7 “prinsip” irəli sürdüklərini bildirib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilir ki, bir müddət öncə Ermənistanın baş […]

“Deputatın sürücüsü rüşvət alıb kimlərinsə adını əfv siyahısına saldırıb”

“Deputatın sürücüsü rüşvət alıb kimlərinsə adını əfv siyahısına saldırıb”

“Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib. O, “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib. “Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər. Digər tərəfdən isə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunmasına da […]

Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi — İstanbuldan Londona təcili uçuş

Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi — İstanbuldan Londona təcili uçuş

Azərbaycanın Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığına dair xəbərlər yayıldı. Ardınca oğlu Qoşqar Məmmədov bunu təkzib etdi və atasının Londonda olduğunu bildirdi. Halbuki, Qurban Məmmədovun Türkiyədə saxlanıldığı barədə xəbəri də elə oğlu yaymışdı.  Demokrat.az Qurban Məmmədovla bağlı əslində nə baş verdiyi haqda sensasion məlumatlar əldə edib. Əldə etdiyimiz məlumata görə, Q.Məmmədov Türkiyədə saxlanılıb və onun Azərbaycana […]

Böyük Teatrın qarşısındakı ciddi problemlər – qadın alveri, valyuta mübadiləsi, soyğunçuluq, qətl…

Böyük Teatrın qarşısındakı ciddi problemlər – qadın alveri, valyuta mübadiləsi, soyğunçuluq, qətl…

Moskvalılar Böyük Teatrla (Dövlət Akademik Böyük Teatr) həmişə fəxr ediblər. Şəhərin mərkəzində yerləşən, zəngin arxitekturaya malik teatr binası Moskvanın vizit kartlarından biri sayılır. Dünyada məşhur olan Böyük Teatr istər imperiya dövründə, istər SSRİ-nin mövcud olduğu illərdə, istərsə də müasir Rusiyada xarici qonaqların diqqətini cəlb edən və ən çox ziyarət olunan yerlərdən biridir. Böyük Teatrın əsası […]

Page 1 of 7123Next ›Last »