Sentyabr 18, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Sentyabr » 18

“İstanbullu gəlin”in məşhur aktyoru bu sirrini illər sonra AÇDI

“İstanbullu gəlin”in məşhur aktyoru bu sirrini illər sonra AÇDI

“İstanbullu gəlin” serialında yaratdığı obrazı ilə yadda qalan aktyor Fırat Tanış alkoqol asılılığından xilas olmaq üçün müalicə aldığını etiraf edib. Nuri Bilge Ceylanın “Bir Zamanlar Anadolu” filmində Kənan roluna həyat verən Fırat Tanışın əvvəlcə qala gecəsinə, sonra da dublyaja getməməsi müzakirələrə səbəb olmuşdu. Aktyor dublyaja getmədiyi üçün onun xarakterini başqa biri səsləndirmişdi. Bundan sonra Nuri […]

Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib (FOTO)

Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası tərəfindən keçirilən onlayn tədbirdə iştirak edib. Avropa Şurasının rəsmiləri ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirin əsas məqsədi ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələrin keçirilməsi olub. Ombudsman Aparatından Trend-ə verilən məlumata […]

Türkiyədə koronavirusdan sağalanların sayı 264 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 264 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 62 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 377 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 771 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 299 810 nəfərə çatıb. Nazir […]

Tofiq Yaqublunun aclıq aksiyasından tox qarına danışanlar susmalıdır – Şərh

Tofiq Yaqublunun aclıq aksiyasından tox qarına danışanlar susmalıdır – Şərh

Törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilən və 4.3 il müddətinə azadlıqdan məhrum olunan Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürü, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat onu da əlavə etdi ki, hər zaman olduğu kimi bu […]

Keçmiş deputatdan inanılmaz fırıldaq: 20 milyon dollar necə “qazanıldı?” – VİDEO

Keçmiş deputatdan inanılmaz fırıldaq: 20 milyon dollar necə “qazanıldı?” – VİDEO

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev gömrük saxtakarlığı yolu ilə 20 milyon dollar qazanıb. Yenicag.az-ın əldə etdiyi məlumata görə, ölkədə fındıq monopoliyasına nəzarət edən Mehdiyevin kürəkəni İlham Əliyevin Zaqatala, Xaçmaz və Dərbənddə fındıq zavodları fəaliyyət göstərir. Məlumata görə, İlham Əliyevin həmin zavodlarını “Xaçmazlı” ləqəbi ilə tanınan Fuad adlı şəxs […]

Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb?! – SƏNƏD+FOTO

Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb?! – SƏNƏD+FOTO

Rayon sakinləri Beyləqanda Heydər Əliyev adına parkın ərazisinin iş adamlarına satıldığını iddia edir. İcra Hakimiyyəti isə bildirib ki, heç kəs Heydər Əliyev adına parkın ərazisini sata bilməz. Beyləqanda Heydər Əliyev adına parkın ərazisi satılıb. Bu barədə Sputnik Azərbaycan-ın redaksiyasına bir qrup Beyləqan sakinindən daxil olan şikayət məktubunda bildirilir. Sakinlər iddia edirlər ki, Heydər Əliyev adına […]

«Əgər dərs saatını direktora “yaxınlaşmaqla” almaq mümkündürsə, bu layihələr kimə lazımdır?» — TƏHSİL NAZİRİNİN DİQQƏTİNƏ…

«Əgər dərs saatını direktora “yaxınlaşmaqla” almaq mümkündürsə, bu layihələr kimə lazımdır?» — TƏHSİL NAZİRİNİN DİQQƏTİNƏ…

20 saylı məktəbin direktoru Esmira Ağayevadan narazı qalan alqoritma müəllimləri Rubrika.Az saytı vasitəsilə Təhsil naziri Emin Əmrullayevə müraciət ünvanladı Yeni dərs ili cəmisi bir neçə gündür ki, başlayıb. Buna baxmayaraq artıq məktəblərdən ilk şikayətlər daxil olmağa başlayıb. Yeni direktorla yeni dərs ilinə başlayan 20 saylı məktəbdən isə elə ilk gündəncə etirazlar eşidilir. Məktəbin direktoru Esmira […]

Xankəndinin qanlı sentyabrı: Henrix Poqosyanın “missiyası” və yandıralan şəhər

Xankəndinin qanlı sentyabrı: Henrix Poqosyanın “missiyası” və yandıralan şəhər

 13 fevral 1988-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər əsassız torpaq iddiaları ilə açıq müstəvidə Xankəndi şəhərində nümayişlərə başlayanda, əvvəlcədən hazırlanmış ssenariyə görə, vilayət rəhbərlərinin dəyişdirilməsi məsələsi də gündəmə gəlib. Daşnak qrupları Dağlıq Qarabağ Muxtar Vilayət (DQMV) Partiya Komitəsinin birinci katibi vəzifəsinə öz adamlarının, daha qatı bir millətçinin gətirilməsini vacib və zəruri sayıblar. Bu məsələ ilə […]

İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR

İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın haqqında deyilənlər həqiqəti əks etdirmir. Bu barədə Naidə İsayevanın atası, Qarabağ qazisi Namiq İsayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qızı sakit, tərbiyəli və ailəyə bağlı biri olub. Məktəbdə də onun xətrini çox istəyiblər. “İndicə prokurorluqdan çıxdıq. Baş verənləri danışdıq. Sosial şəbəkələrdə ağıllarına gələni yazırlar. Onun […]

Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb. Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 898 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 041 184 test aparılıb. Aktiv xəstə sayı 1 898 nəfərdir, onlardan 114 nəfər reanimasiyadadır, 8 nəfər […]

Page 1 of 7123Next ›Last »