Anar Eyvazov: Ermənistan ordusu ciddi itkilər verib | SON XƏBƏR | SON XƏBƏR

Anar Eyvazov: Ermənistan ordusu ciddi itkilər verib

Ermənistan tərəfindən Azərbaycan ordusunun itkisi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov açıqlamasında deyib.

O qeyd edib ki, bu saxta məlumatların məqsədi ölkə daxilində yaranan xaosu azaltmaqdır. A.Eyvazov bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu ciddi itkilərə məruz qalıb.

Onun sözlərinə görə, düşmənin 24 ədəd tankı və zirehli texnikası, 15 ədəd zenit raket kompleksi, 15 uçuş aparatı, 8 ədəd artilleriya qurğusu, 550 nəfərdən artıq şəxsi məhv edilib. A.Eyvazov qeyd edib ki, düşmən itkilərinin arasında aşkar edilmiş bəzi meyitlərin Suriyadan və Yaxın Şərqdən gətirilmiş muzdluların olduğu aşkar edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>