Avropa Liqası: "Qalatasaray" "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldi FOTO YENİLƏNİB | SON XƏBƏR | SON XƏBƏR

Avropa Liqası: “Qalatasaray” “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldi FOTO YENİLƏNİB

"Neftçi" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Füzuli Məmmədovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubunu qəbul edib.

Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə olub. Qapıçı Aqil Məmmədov qurtardığı top qapı dirəyinə dəyib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.

"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissənin ilk dəqiqələrində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə Mamadu Mboc başla dəqiq oynayıb. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama komandasını yenidən önə keçirib. 57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə Mbaye Diaqne özünün ikinci komandasının üçüncü qoluna imza atıb.

Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son matçını isə 2018/2019 matçında qazanmışdı.

Qeyd edək ki,"Qalatasaray" III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.

21:08

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda dördüncü qol vurulub.
Musavat.com-un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb - 3:1.

63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.

21:05

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.
Musavat.com-un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib.

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.

21:03

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci qol vurulub.

Musavat.com-un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Neftçi" hesabı bərabərləşdirib - 1:1.

46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.

***

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda birinci hissə başa çatıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb - 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.

***

20:20

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda hesab açılıb.

Musavat.com-un məlumatına görə, ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne baş zərbəsi ilə topu qapıdan keçirib.

***

20:00                                                                                   

“Neftçi” bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.

Musavat.com xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşır. Oyun Bakı Olimpiya Stadionunda keçirilir.

Oyunun hakimləri: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxıb:

"Neftçi": 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 10. Saman Nərimancahan, 7. Namik Ələskərov, 24. Yusuf Laval, 13. Prins İbara

Baş məşqçi: Füzuli Məmmədov

"Qalatasaray": 99. Fatih Öztürk, 14. Martin Linnes (k.), 45. Markao, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 4. Taylan Antalyalı, 54. Emre Kılınc, 8. Rayan Babel, 10. Yunes Belhanda, 19. Ömer Bayram, 90. Mbaye Diaqne

Baş məşqçi: Fatih Terim

Oyunu canlı olaraq buradan izləyə bilərsiniz: http://www.cbcsport.az/live

Məhəmməd Türkmən
Musavat.com

Neftçi - Qalatasaray matçı başladı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>