Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb

acb039f6-84c7-33ae-bec9-ed30f0199861_850_300x187

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə report-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, bu günə qədər isə ümumilikdə 1 047 906 test icra olunub.

0d6ac62f-c79a-3b59-a0bb-ddf2fc6b570d_640x449

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>