Azərbaycanda universitetin mətbuat katibi işdən çıxdı | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda universitetin mətbuat katibi işdən çıxdı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yeni kadr təyinatı olub.

"Report" xəbər verir ki, bununla bağlı universitetin rektoru Ceyran Mahmudova əmr imzalayıb.

Əmrə əsasən, Elçin Cəfərov təhsil müəssisəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad olunub. Rektorun digər əmri ilə Şəhanə Müşfiq ali məktəbin Mətbuat Xidmətinin rəhbəri təyin olunub.

E.Cəfərov isə ADMİU-dakı fəaliyyətini Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>