Bakıda “Ford” markalı yük avtomobili yanıb
Bakı şəhərinin Xətai rayonunda “Ford” markalı yük avtomobilinin oturacaqları və elektrik lövhəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.