Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Baş Prokurorluğun “İnstagram” səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib (VİDEO)
Sentyabrın 11-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.
Bu barədə Sonxəbər.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılmış, eləcə də müraciətlər qeydə alınıb.
Sessiya zamanı 119 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.