Braziliyalı ekspert hindular tərəfindən oxla öldürülüb | SON XƏBƏR | SON XƏBƏR

Braziliyalı ekspert hindular tərəfindən oxla öldürülüb

Braziliyanın qərbindəki Rondoniya ştatında hindu qəbilələrinin monitorinqi ilə məşğul ekspert öldürülüb.

Trend-in məlumatına görə, ekspert tədqiqat işləri apararkən hindu döyüşçüləri tərəfindən oxla vurulub.

Onu müşayiət edən polis əməkdaşları 56 yaşlı Rieli Fransiskatonun aldığı yaradan qısa müddət sonra öldüyünü deyib.

Qeyd olunur ki, eksperti öldürən hindular Kautario qəbiləsinə məxsus olub. Onların Amazon cəngəlliklərində təcrid olunmuş vəziyyətdə yaşadıqları deyilir.

R.Fransiskato son 30 il ərzində ucqar bölgələrdə yaşamış hindu qəbilələrinin və onların yaşayış mühitinin mühafizəsi məsələləri ilə məşğul olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>