Bu türk qızına “karantinin yaxşılıq mələyi” adı verildi...-FOTOLAR | SON XƏBƏR | SON XƏBƏR

Bu türk qızına “karantinin yaxşılıq mələyi” adı verildi…-FOTOLAR

“COVİD-19”la bağlı yaranmış karantin müddətini Antaliyada yaşayan babası və nənəsi ilə keçirən  hicablı universitet tələbəsi Reyhan günlərini məhəllədəki yaşlılara yardım göstərməyə həsr edib. Hər gün ziyarət etdiyi qonşularının ehtiyaclarını qarşılayan gənc qız bərbərxanaya gedə bilməyən nənə və babaların saç və saqqallarını da qırxır.
Moderator.az bu haqda Türkiyə mediasına istinadla xəbər verir.
Pamukkale Universiteti İlahiyyat Fakültəsi tələbəsi olan  22 yaşlı Reyhan Yüksel koronavirus epidemiyası zamanı Antaliyanın Akseki ilçəsindəki Kepezbeleni məhəlləsində yaşayan baba və nənəsi  ilə qalmağa başlayıb. Bir müddət sonra gənc müsəlman qız məhəllədəki yaşlıların köməyinə gəlib. Yüksel  bağ-bağat işlərində də yardımçı olduğu qoca insanları tez-tez ziyarət edir, onlara maska paylayır və dərdlərini bölüşür.
Evlərinin qarşısını açıq havada bərbərxanaya çevirən tələbə qız epidemiya səbəbindən rayon mərkəzinə gedə bilməyən nənə və babaların saç-saqqallarını da pulsuz təraş edir. Yaşlılara önlük geydirən və saç-saqqallarını saçqırxan qurğuyla diqqətlə kəsən Reyhan darıxmasın deyə növbə gözləyən ahıl və ağbirçəklərə oxumaq üçün qəzet də verir. Qəzetlərini oxuyaraq növbələrini gözləyən yaşlı insanlar  maraqlı görüntülər yaradırlar...
Gigiyena qaydalarına da diqqət yetirən Reyhan Yüksel daim əlcək və maska taxır, hər təraşdan sonra istifadə etdiyi saçqırxanları dezinfeksiya edir.
Məhəllədə və ətrafda bütün tanıyan insanlar bu fədakar və xeyirxah  gənc xanımı “karantinin yaxşılıq mələyi” adlandırırlar...
Sultan Laçın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>