Dərslərin distant keçirilməsi müəllimlərin maaşına təsir edəcək? - Rəsmi açıqlama | SON XƏBƏR | SON XƏBƏR

Dərslərin distant keçirilməsi müəllimlərin maaşına təsir edəcək? – Rəsmi açıqlama

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bəzi dərs məşğələlərinin distant (məsafədən) formada keçirilməsinin müəllimlərin əməkhaqlarının məbləğinə təsir edib-etməyəcəyini açıqlayıb.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq:

"Ümumiyyətlə, şagirdlərin keçməyəcəyi dərslər olmayacaq. Məktəblərdə tədris olunan bütün fənlər üzrə dərslər keçiriləcək. Bunlar 3 yolla olacaq - dərslər ya ənənəvi, ya distant formada, ya da teledərslər vasitəsilə keçiriləcək. Məsələn, idman dərsi ənənəvi qaydada olmasa belə, distant formada keçiriləcək. Bütün bunlar sonda müəllimlərin maaşlarının ümumi məbləğinə təsir göstərməyəcək. Ona görə də hesab edirik ki, müəllimlərin bu məsələ ilə bağlı narahatlığına səbəb yoxdur".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>