Eldar Həsənovun biznes ortağı həbs olundu | SON XƏBƏR | SON XƏBƏR

Eldar Həsənovun biznes ortağı həbs olundu

Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, E.Həsənova yaxınlığı ilə tanınan, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti  İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də saxlanılaraq, istintaqa cəlb edilib.

B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.

Məhkəmənin qərarı ilə B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>