HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır | SON XƏBƏR | SON XƏBƏR

HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır

subhan_bekirov_190920_282x187

Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının türkiyəli əlaqələndirici zabit 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır.

Bunu trend-ə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

O bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk:

"Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>