İnsanları yandırıb külünü ailələrinə göndərən general - Hitleri qorxuya salan "Praqa qəssabı" kimdir? | SON XƏBƏR | SON XƏBƏR

İnsanları yandırıb külünü ailələrinə göndərən general – Hitleri qorxuya salan “Praqa qəssabı” kimdir?

İntiqam almaq üçün törətdiyi dəhşətli qırğınlara görə "Praqa qəssabı" adlandırılan, nasist general Reynhard Heydrix …

Keçmiş dənizçi zabit olan Heydrix, əslində, yəhudi idi, lakin o, bunu heç bir zaman qəbul etməyib.

Nasistlər arasında asanlıqla yüksələ biləcəyini dərk edən Heydrix, işgüzar və təşkilati xüsusiyyətlərə sahib olub. Buna görə də, dövrünün aparıcı siyasətçilərindən olan Himmlerin diqqətini çəkib.

Himler 3-cü Reyx əsas hərbi və siyasi xadimlərdən biri idi.

Himmler tarafından hizmete alınan Heydrich'e verilen ilk görev gizli bir haber alma teşkilatı kurmaktı.

Himmler tərəfindən vəzifələndirilən Heydrixə verilən ilk iş, gizli kəşfiyyat agentliyi yaratmaq olub. Agentliyi quran Heydrixin karyerası daha sonra yüksəlsə də, o, heç vaxt buradan ayrılmayıb.

İşgəncə və şantajları gündəlik iş halına gətirən Heydrix, 1934-cü ildə, Ernst Roehm və komandasının öldürüldüyü gecə, Himmler və Görinq (alman siyasətçisi, hərbçi) ilə birlikdə qurban siyahısını da hazırlamışdı.

İşkence ve şantaj yapmayı gündelik bir rutini haline getiren Heydrich, aynı zamanda 1934 yılında Ernst Roehm ve ekibinin öldürüldüğü gece Himmler ve Goering ile beraber bir kurban listesi hazırlamıştı.

Himmlerin sağ əli kimi yüksələn Heydrix, birdən-birə 6 milyon yəhudini öldürən təşkilatın rəhbəri oldu.

Heydrix ən böyük missiyasını 1941-ci ildə həyata keçirdi. 1939-cu ildə almanlar tərəfindən işğal olunmuş Çexoslovakiya, nasistlərlə əməkdaşlıq etmək istəmirdi. Xalqın durumu bərbad vəziyyətdə idi. Ölkə iqtisadiyyatı da, demək olar ki, çökmüşdü. Bir müddət sonra Çexoslovakiyanı nasistlərə cəlb etmək vəzifəsi Heydrixə verildi. Heydrix vəzifəyə gələn kimi çexlərə pis üzünü göstərməyə başladı. Heydrix, ona verilən siyahı ilə missiyasını həyata keçirdi. Siyahıdakı şəxslərdən nasistlərə qatılmaq istəməyənlər edam edildi. Onlar arasında hərbçilər və mülki şəxslər də var idi. Bundan əlavə, Heydrixin əmri ilə edam edilən şəxslər yandırılır, daha sonra külləri bir qutuya qoyularaq ailələrinə göndərilirdi. Heydrixin törətdiyi cinayətlərlə Hitleri belə qorxuya salması, tarixi faktlar arasında yer alır. Bir çox tarixçilər onu Nasist rejiminin ən müəmmalı üzvlərindən biri hesab edirlər. Adolf Hitler onu "dəmir ürəkli adam" adlandırmışdı.

1939 yılında Almanlar tarafından işgal edilen Çekoslovakya, Nazilerle işbirliğine yanaşmıyordu.

Cinayətlərinə görə “Praqa Qəssabı” adını alan Heydrix, hər gün yeni siyahılar hazırlayır, yeni edam əmrləri verirdi.
Həddindən artıq işləyən işçilərə əlavə əmək haqqı və qida dəstəyi təklif edən Heydrix, nasistlərin əlində bir oyuncaq olan hökumətdən də böyük dəstək alırdı. Praqa radiosunda hər gün Heydrixi tərifləyən çıxışlar edilirdi.

Qətliamlar törətdikdən sonra xalqa daha yumşaq bir münasibət göstərən Heydrix, Almaniyadan asılı olmaq şərti ilə Çexlərə muxtar bir rəhbərlik təklif etdi. Amma bundan başqa da bəzi şərtləri var idi.

Bunun yanı sıra Reinhard, idam ettirdiği insanların küllerini kutulara koyarak üstlerine infazın gerçekleştiği zamanı yazarak ailelerine gönderiyordu.

Bu məlumatlara sahib olan müttəfiqlər və İngiltərədə mühacirətdə yaşayan Çex ordusunun yüksək rütbəli komandirləri, zabitlər və könüllülərdən ibarət yeni bir ordunun qurulmasına başlanıldı.

Sözügedən ordunun yaradılmasının tək səbəbi var idi - Heydrixi məhv etmək!

Bu bilgilere erişen müttefikler ve İngiltere'de sürgün hayatı yaşayan Çek ordusu üst düzey komutanları, subay ve gönüllü askerlerle beraber yeni bir Çek ordusu kurmaya başlıyor.

Heydrixi məhv etmək üçün iki kəşfiyyatçı zabit paraşüt ilə Çexoslovakiyaya endi. Heydrix törətdiyi qətllərə görə yüksək səviyyədə mühafizə olunurdu. Lakin mühafizəçiləri hesab etmirdilər ki, Heydrixə kimsə hücum edə bilər. 27 May 1942-ci ildə Reynhar Heydrix sarayından öz avtomobili ilə Berlinə yola düşdü. Berlində Fürerlə görüşən Heydrix, qayıdarkən həmin iki kəşfiyyatçı tərəfindən hücuma məruz qaldı və nəqliyyat vasitəsinə atılan əl bombası ilə yaralandı.

Yakınlardaki bir hastaneye kaldırılan Nazi Generali, Çekoslovakya'nın en ünlü doktorları tarafından tedavi edilse de etrafa saçılan dalak ve diyaframının yarattığı yaralar onarılamadı.

Partladılan avtomobil

Heydrix xəstəxanaya yerləşdirildi, lakin durumu çox ağır idi. 1 həftəyə yaxın xəstəxanada həkimlər onun həyatda qalması üçün müdaxilələr etdilər. Lakin fayda olmadı. Minlərlə insanın həyatına son qoyan general, 1942-ci ilin iyunun 4-də həmin xəstəxanada həyatını itirdi.

Heydrixin öldürülməsindən sonra Lidice adlı bir çex kəndinə, sui-qəsdi dəstəklədikləri üçün basqın edildi. Kişilər, qadınlar və uşaqlar öldürüldü. Həmin qəsəbə məhv edildi və xəritədən silindi.

Heydrich'in öldürülmesi üzerine Lidice adlı bir Çek köyü suikastı desteklediği için haritadan silinmiştir ve köy basılarak erkek, kadın ve çocuklar kurşuna dizilmiştir.

Heydrixi öldürən kəşfiyyatçılar isə, 1942-ci il iyunun 18-də gizləndikləri kiləsədə mühasirəyə alındılar. Lakin onlar nasistlərə təslim olmamaq üçün özlərini əl bombası ilə partladaraq öldürdülər.

Turan Oruc
Musavat.com


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>