Keçmiş deputatdan inanılmaz fırıldaq: 20 milyon dollar necə “qazanıldı?” – VİDEO | SON XƏBƏR | SON XƏBƏR

Keçmiş deputatdan inanılmaz fırıldaq: 20 milyon dollar necə “qazanıldı?” – VİDEO

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev gömrük saxtakarlığı yolu ilə 20 milyon dollar qazanıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, ölkədə fındıq monopoliyasına nəzarət edən Mehdiyevin kürəkəni İlham Əliyevin Zaqatala, Xaçmaz və Dərbənddə fındıq zavodları fəaliyyət göstərir.

Məlumata görə, İlham Əliyevin həmin zavodlarını “Xaçmazlı” ləqəbi ilə tanınan Fuad adlı şəxs idarə edib.

Redaksiyamıza daxil olan informasiyaya əsasən, fındıq satışından daha çox gəlir götürməyə çalışan İlham Əliyev maxinasiyaya əl ataraq, fındıq məhsulunu gömrükdə noxud kimi qeydiyyatdan keçirirək, xarici bazarlarda satdırıb.

Fındıq ixracına görə gömrük rüsumunun 10, noxud üçün isə 2-3 manat olduğunu nəzərə alsaq, İlham Əliyevin bu “kombinasiya” sayəsində il ərzində 20 milyon dollardan çox pul mənimsədiyi aşkar olur.

Əldə etdiyimiz məlumata görə, Mehdiyevin kürəkəninin bu “əməliyyatı”nı icra etmiş gömrük məmurları artıq saxlanılıblar. Bununla belə, bu fırıldağının geniş miqyasda ictimailəşəcəyi təqdirdə alacağı cəzanı təxmin edən İlham Əliyev 2 milyon dollar qarşılığında məsələni “bağlamağa” çalışır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>