Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır | SON XƏBƏR | SON XƏBƏR

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək.

Təhsil Nazirliyindən  Sonxəbər.info-ya  verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>