“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb | SON XƏBƏR | SON XƏBƏR

“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb

Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək, onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 2020-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 2 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Layihə 2020-ci il ərzində ilkin olaraq 27 şəhər və rayonu (Bakı şəhəri Binəqədi, Xəzər, Yasamal, Nəsimi, Suraxanı, Xətai rayonları; Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri; Gəncə şəhəri Nizami rayonu; Şəmkir, Tovuz, Qəbələ, Şəki, Masallı, Lənkəran, Xaçmaz, Quba, Yevlax, Bərdə, Göyçay, İmişli, Salyan, Ağdam, Füzuli, İsmayıllı və Şamaxı rayonları) əhatə edəcək.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması ilə yanaşı, iştirakçıların müraciətləri əsasında digər istehsal və xidmət sahələri üzrə də aktivlər təklif edilə bilər:

1 Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) 15 Qadın gözəllik salonu
2 PVC qapı və pəncərə hazırlanması 16 Avtomobil şinlərinin təmiri
3 Kişi bərbərxanası 17 Avtoyuma
4 Avtoyağlama 18 Avtoçilingər
5 Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) 19 Dülgər
6 Dəmirçi 20 Dönərçi
7 Avtotornaçı (tokar) Yem üyütmə xidməti (mini yem dəyirmanı)
8 Parket və taxta döşəmə cilalanması 22 Yun darama
9 Avtoelektrik 23 Naxış vurma
10 Meyvə qurutma 24 Təlim-tədris
11 Fitnes (idman) 25 Musiqiçi
12 Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 26 Ayaqqabı təmiri və istehsalı
13 Broyler inkubatoru 27 İstixana
14 Poliqrafiya xidmətləri 28 Foto xidməti

Layihəyə cəlb edilmək üçün www.e-sosial.az portalında “Məşğulluğa Dəstək Layihəsi” bölməsində qeydiyyatdan keçmək, https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidlə müraciət formasını doldurmaq, yerli məşğulluq və ya DOST mərkəzlərinə müraciət etmək olar.

Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>