Məşhur müğənni yeni görüntülərinə görə tənqid olundu - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Məşhur müğənni yeni görüntülərinə görə tənqid olundu – FOTO

Məşhur britaniyalı müğənni və model Dua Lipa çimərlik geyimində yeni fotolarını paylaşıb. Lakin onun görüntüləri sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.

Sonxəbər.info  oxu.az-a istinadən xəbər verir ki, kadrlar onun "Instagram" hesabında dərc olunub.

Şəkillərdə 25 yaşlı müğənni fotoların birində narıncı rəngli çimərlik geyimində və sarı gün eynəyində poza verir. Digər fotoda isə Lipa rəfiqəsi ilə hovuzdadır.

Qeyd edək ki, məşhur müğənni hazırda Kaliforniyada dostları ilə istirahətdədir.

"Əla zamandır", - deyə o, şəkillərə şərh yazıb.

Lakin fotolar gözlənilən reaksiyanı doğurmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri  koronavirus pandemiyası dövründə təhlükəsizlik tədbirlərinin riayət olunmamasına görə, müğənnini qınayıblar.

"Mən istərdim ki, insanlar evlərində qalsınlar", "Bəlkə pandemiya dövründə az gəzəsən?", "COVID-19!", "Uşaqlar son altı ayda pandemiyanın episentrində olduğumuzu unutmusunuz", - kimi sözlərlə istifadəçilər məşhur müğənnini tənqid atəşinə tutublar.

880398_02

880398_03

880398_04

880398_05

880398_06

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>