Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir | SON XƏBƏR | SON XƏBƏR

Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir

Sentyabrın 27-dən 28-ə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edib. Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir. Bu barədə Trend-ə döyüş bölgəsində - Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd deyib ki, erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşların atəşə tutulması faktları var.

V.Bayramov vurğulayıb ki, dünən səhərdən etibarən minlərlə Füzuli sakini toplaşaraq Ali Baş Komandana və orduya öz dəstəklərini nümayiş etdiriblər: “Füzuli sakinləri Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar. Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>