Sabah 29 dərəcəyədək isti olacaq | SON XƏBƏR | SON XƏBƏR

Sabah 29 dərəcəyədək isti olacaq

weather_180520_3_281x187

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən trend-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 22-24, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 25-29, dağlarda gecə 10-15, gündüz 17-21 dərəcə isti olacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>