Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır | SON XƏBƏR | SON XƏBƏR

Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır

Məktəblərdə onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır.

Sonxəbər.info-nun  məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblərdə onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir: “Ümid edirik ki, müəllimlər bu il daha məsuliyyətli olacaqlar. Şagirdlərin teledərs və onlayn dərslərdən öyrəndiklərinin qiymətləndirməsini aparacağıq”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>