Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi | SON XƏBƏR | SON XƏBƏR

Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi

Tərtər rayonunda əmisini qətlə yetirən şəxsin barəsində olan cinayət işinin istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hadisə rayonun Sarov kəndində baş verib. Kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>