Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq | SON XƏBƏR | SON XƏBƏR

Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq

Həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılacaq vaxt dəyişdirilib.

Trend-in məlumatına görə, bu barədə T.Yaqublunun vəkili Aqil Layıcov deyib. O bildirib ki, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinin vaxtı dəyişdirilərək baxış iclası sentyabrın 18-i saat 16:00-a təyin edilib.

Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq: "Tofiq Yaqublunun barəsində olan hökmün qüvvəyə mindiyi vaxta qədər azadlığa buraxılması barədə verdiyim vəsatəti isə geri götürdüm".

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>