Vüsalə Əlizadə geyimlərini SATIŞA ÇIXARDI - VİDEO | SON XƏBƏR | SON XƏBƏR

Vüsalə Əlizadə geyimlərini SATIŞA ÇIXARDI – VİDEO

Tanınmış aparıcı Vüsalə Əlizadə özünün və qızının istifadə etmədiyi geyimləri satışa çıxarmağa qərar verib.

Bu barədə V.Əlizadə instaqramda məlumat yayıb.

Geyimlərlə bağlı çox sual verildiyini qeyd edən aparıcı bildirib ki, geyimlərinin satışı ilə instaqramda bir səhifə məşğul olacaq:

"O ki, qaldı bəziləri bilib-bilmədən danışır, kasıba verin yazır, paltarı olmayana verin. Siz narahat olmayın, Vüsalə Əlizadə yetərincə hər kəsə yardım edir (qida, geyim, dərman vəs .). Sadəcə paylaşım etmirik. Çünki, onda da sizin kimilər yazır ki, sağ əlin verdiyin sol əl bilməz, reklam etdiniz, günahdır, paylaşım etməyin və s. Odur ki, mümkünsə, hər kəs öz işi ilə məşğul olsun. Həyatda heç nə məcbur deyil. Təbii ki, hər kəsə şamil deyil" , - aparıcının adından geyimlərinin satışı ilə məşğul olan səhifədə vurğulanıb. (publika.az)

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>