Baş Prokurorluq ermənilərin Gəncə terroru barədə 6 dildə videoçarx hazırladı | SON XƏBƏR | SON XƏBƏR

Baş Prokurorluq ermənilərin Gəncə terroru barədə 6 dildə videoçarx hazırladı

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Baş Prokurorluqdan  Sonxəbər.info-ya  verilən məlumata görə, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Ermənistan təcazvüzünün qurbanı Gəncə barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanmışdır.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

https://www.youtube.com/watch?v=VyqQ9jKq9wc

https://www.youtube.com/watch?v=HAsMUtRRmJs

https://www.youtube.com/watch?v=QGzyqjafeew

https://www.youtube.com/watch?v=U0sKr7pwxhQ

https://www.youtube.com/watch?v=a27Jl1F0xJc

https://www.youtube.com/watch?v=PaXlvmBcAC4


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>