Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi | SON XƏBƏR | SON XƏBƏR

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın – Səhiyyə Nazirliyi

Biz koronavirusa yoluxma ilə bağlı elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın. Ona görə də tədbirləri davam etdirməliyik.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

Karantin rejiminin hələ davam etdiyini xatırladan N.Mürsəlova qeyd edib ki, xüsusi məqamlara diqqət yönəldilməlidir: "Bu gün bizə sağlam hərbçilər lazımdır. Biz də gərək arxa cəbhədə - paytaxtda, rayonlarda oturaraq öz sağlamlığımıza fikir verək ki, xəstələnərək ətrafdakı insanlara bu virusu yoluxdurmayaq".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>