Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Erməni vaxtı ilə işləyən İsveçrə saatı – Qarabağdakı kriminal biznes (FOTO)

İsveçrənin məşhur brendi "Franck Muller" saatlarının banisi Vartan Sermakes Kəlbəcər rayonunda və Vecnəli kəndində qızıl axtarışı ilə məşğul olub.

Trend-in məlumatına görə, bununla bağlı kifayət qədər dəlillər də mövcuddur. Vartan Sermakes Ermənistan hakim dairələrinə yaxınlığı ilə tanınıb. Onun rəsmi şəkildə Ermənistan prezidentləri ilə görüşləri də olub.

"FranckMuller" saatları dünyanın ən bahalı onluğunda olan brend markalardandır. Şirkətin rəhbəri Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibi, "ArmSwissBank”ın prezidentidir. Sirmakes həm də İsveçrədəki erməni diasporunun əsas himayədarıdır.

Erməni siyasi rəhbərlərinin bu berndə məxsus bahalı saatlardan istifadə etdiyi mediada geniş yayılıb.

"Franck Muller” saatlarının harızlanmasında qızıldan da istifadə olunur ki, bu da bu saatlarının baha olmasının əsas səbələrindəndir. Saatların istehsalı üçün istifadə edilən qızıl hissələrini Kəlbəcərin və Vecnəli qızıl yataqlarından çıxarılır. İşğal olunmuş ərazilərimizdə kriminal bizneslə məşğul olan Sermakes bu yolla milyonlarla dollar qazanıb.

Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının işğalda olmasından istifadə edib orada təbii sərvətləri talayan əcnəbi şirkətlər qanun qarşısında cavab verəcəklər. Həmin əcnəbi şirkətlər erməni fitvasına uyub işğal altındakı torpaqlarımızda qeyri-qanuni yolla ermənilərə aid olmayan ərazilərdə fəaliyyət göstəriblər: "Onlar həm dağ mədən, həm də turizm sahələrində qanunsuz fəaliyyət reallaşdırıblar. Fikirləşməli idilər ki, həmin torpaqların sahibi var və bir gün onlar buna görə cavab verməli olacaqlar. Bu gün həmin hadisə baş verir, Azərbaycan öz ərazilərini işğaldan azad edir. Bizim ərazimizdə qanunsuz fəaliyyət göstərənlər artıq cavab verməli olacaqlar. Beynəlxalq əlaqələr çərçivəsində, beynəlxalq qanunlar qarşısında həmin şirkətlər məsuliyyətə cəlb ediləcəklər. Çünki onlar işğal altında olan ərazilərdə qaçaqmalçılıq yolu ilə öz bizneslərini qurublar, fəaliyyət göstəriblər".

Deputat qeyd edib ki, Kəlbəcər rayonu və Vejnəli ərazisindəki qızıl yataqlarında fəaliyyət göstərən tanınmış əcnəbi şirkətlər də olub: "Bununla bağlı Baş Prokurorluq və digər aidiyyəti qurumlar bu sahədə müvafiq işlər görüblər və görəcəklər də. Qanunu pozan şəxslər qanun qarşısında cavab verməlidirlər. Hətta özlərini cəzasız görən, birinci Qarabağ müharibəsi dövründə cinayət törətmiş Sarkisyan, Koçaryan, Balayan, Malatanyan və başqaları da Azərbaycan qanunlarına əsasən beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Artıq onların barəsində olan cinayət işləri çoxdan hazırdır".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>