Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib | SON XƏBƏR | SON XƏBƏR

Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib

Sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə bölgəsindən uzaq olan yaşayış məntəqələrinə 218 raket zərbəsi endirib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, bu müddət ərzində Gəncəyə 22 raket atılıb: "Ermənilər bu müddət ərzində Bərdə rayonuna 30, Füzuli rayonuna 34, Goranboy rayonuna 49 raket atıblar. Bununla yanaşı, Ağcabədi rayonuna 14, Tərtər rayonuna 18, Mingəçevir rayonuna 8, Naftalan şəhərinə 6, Beyləqan rayonuna isə 9 raket atılıb. Hadisə nəticəsində dinc sakinlər arasında həlak olan və yaralananlar var".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>