İzmirdə yaralıların sayı isə 321-ə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5) | SON XƏBƏR | SON XƏBƏR

İzmirdə yaralıların sayı isə 321-ə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 321 nəfərə çatıb, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

Bildirilri ki, dağılmış və zərər görmüş 12 binada axtarış-xilasetmə işləri davam etdirilir.

X X X

19:16

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

X X X

17:57

Türkiyənin Təcili Yardım Xidməti zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb, 120 yaralının olduğu bildirilir.

Trend-in məlumatına görə, axtarış-xilasetmə tədbirlərinə helikopterlər də cəlb edilib

X X X
16.48

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb.

Trend-in məlumatına görə, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

X X X

16:31

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Trend-in məlumatına görə, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

X X X
16.11

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

Trend-in məlumatına görə, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.

İzmirdə yaralıların sayı isə 321-ə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5) - Gallery Thumbnail
İzmirdə yaralıların sayı isə 321-ə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5) - Gallery Thumbnail

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>