İzmirdə zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-6) | SON XƏBƏR | SON XƏBƏR

İzmirdə zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-6)

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı isə 419-a çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilri ki, dağılmış və zərər görmüş 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

X X X

20:40

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 321 nəfərə çatıb, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

Bildirilri ki, dağılmış və zərər görmüş 12 binada axtarış-xilasetmə işləri davam etdirilir.

X X X

19:16

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

X X X

17:57

Türkiyənin Təcili Yardım Xidməti zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb, 120 yaralının olduğu bildirilir.

Trend-in məlumatına görə, axtarış-xilasetmə tədbirlərinə helikopterlər də cəlb edilib

X X X
16.48

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb.

Trend-in məlumatına görə, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

X X X

16:31

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Trend-in məlumatına görə, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

X X X
16.11

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

Trend-in məlumatına görə, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.

İzmirdə zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-6) - Gallery Thumbnail
İzmirdə zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-6) - Gallery Thumbnail

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>