Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb | SON XƏBƏR | SON XƏBƏR

Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar hesabat hazırlayıb.

Trend-in məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədi ilə ardıcıl olaraq hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri 2020-ci il 17 oktyabr tarixində gecə saat 01 radələrində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, ölkəmizin qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini növbəti dəfə Ermənistan ərazisindən ballistik raket atəşinə tutub.

Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində yenə də insanlar arasında çoxsaylı tələfat və yaralanma halları baş vermiş, bir çox mülki infrastruktur obyektləri dağıdılmış, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini 17.10.2020-ci il tarixdə ballistik raket atəşinə tutması nəticəsində 4-ü kişi, 5-i qadın, 5-i uşaq olmaqla 14 nəfər həlak olub, 25-i kişi, 23-ü qadın, 9-u uşaq olmaqla isə 57 nəfər yaralanıb.

Eyni zamanda, raket mərmilərinin partlaması nəticəsində fərdi yaşayış evlərinin və digər mülki obyektlərin dağıntılara məruz qalması2 mülki əhaliyə külli miqdarda ziyan dəyməsinə səbəb olmuşdur.3 Belə ki, 20 ev tamamilə dağılmış, ətrafda olan bir çox bina, obyekt, o cümlədən 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 uşaq poliklinikası zərər görüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>