Ovacağıq Şuşada düşmənlərin burnunu, erməni kimdi türkün sındıra qürurunu?! | SON XƏBƏR | SON XƏBƏR

Ovacağıq Şuşada düşmənlərin burnunu, erməni kimdi türkün sındıra qürurunu?!

Sevil Nuri ilə Yolüstü Söhbət...
- Görən yenə Şuşanın bal dadırmı havası?
Tərtərin nəğməsinə görən kim qulaq asır?
El gedəndən Həkəri necə boğur hirsini?
Yazılı daşlarımız kimə verir dərsini?
Bizləri unutdunmu görən, Göycə, Zəngəzur?
Təbriz niyə danışmır, Ərdəbil niyə susur?
Bu ehkam dağılanda qatmazlarkı aranı?
Nə qədər vaxt gərəkdir sağaldaq bu yaranı?
...Hər sözün başı sual, hər sualın sonu qəm.
Bu qəmlərin ardından qəmsiz səhər görürəm!
Deyirsən bitəcəkmi bu ağrılar?
- Bitəcək!
- Ömrümüz o günlərə yetəcəkmi?
- Yetəcək!
Ovacağıq Şuşada düşmənlərin burnunu,
Erməni kimdi türkün sındıra qürurunu?!
Bu da rusun fitvası, bu da bir sirdir, olub,
Yoxsa o bizi yensin?
Hansı əsrdə olub?
Bu köç geri dönəcək, səfərdən dönən kimi,
Dağlar da dikələcək, ruhumuz dinən kimi!
Qurulacaq Qarabağ əzəlkindən daha şən!
Bərdədən Göyçəyəcən!...
Sağalacaq yaralar olsa nə qədər dərin,
Belini dikəldəcək qocaman Xudafərin.
Ağdamın ağ damları,
Qızılgül hasarları,
Kəlbəcər yaylaqları,
Ala göllər üstündə
Sazın coşan çağları.
Hər bulağın üstündə uzanan məclisimiz,
İşıqlı dağınacan işıq saçan izimiz,
Türbələr, qurbangahlar
Didərgin ruhlarımız,
Sərvətimiz, varımız...
Üç çadırlı obadan min elli kəndlərsən,
Kağız üstə yarımçıq cızılan bəndlərsən,
İlxıların atından sürünün itinəcən,
Həkəri balığından Murovun südünəcən
Hər şey dönəcək geri, tutacaq öz yerini,
Elimiz unudacaq bu sınız günlərini.
Dağlara ruh gələcək – Şikəstədən, Muğandan,
Farsın, Rusun əlini üzəcəyəm yaxamdan...
Millətim dikələcək qırx milyon, əlli milyon
Bu birlik türküsünü qitələr eşidəcək.
Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə
Əngəlsiz, maneəsiz yollarım çəkiləcək...
Sümüyə dirənibsə əsarət bıçaqları,
Qapımın ağzındadır, demək xöşbəxt çağlarım!
Tarix qatarlarını saxlamaz öz yolundan.
Kiminsə doğuluşu, kiminsə öləcəyi,
Azərbaycan içindən doğulur, diqqətlə bax!
Xalqın ruhu bütövsə - bütövdür gələcəyi!
Sabir Rüstəmxanlı
( Əbədi sevda)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>