Qüdsi Osmanovun diplomatik ön cəbhəsi | SON XƏBƏR | SON XƏBƏR

Qüdsi Osmanovun diplomatik ön cəbhəsi

1603035674_122037818_115509210328872_4961701767790930100_n-300x228

Hələ ermənilərin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra xaricdəki səfirlik və konsulluqlarımız qarşısında zorakılıqla müşayiət olunan xeyli sayda aksiyalar keçirildi. Ermənilərin bu aksiyaları xüsusilə Azərbaycanın xaricdəki diaspora nümayəndələrinin fəallığı və təşkil etdikləri yürüş və mitinqlərin effektivliyi səbəbindən daha da aqressiv xarakter almışdı.

Hətta Avropada aksiyaların birində erməni təxribatçıları üzərində “ASALA” yazılmış köynəklərlə iştirak edirdi. Məlum olduğu kimi, “ASALA” 20-ci əsrin 70-80-ci illərində xarici ölkələrdə Türkiyə dipomatlarına qarşı terror aktları törətməsi ilə tanınıb. Və dünyanın ən qaniçən terror təşkilatlarından biridir.

Həmin aksiyalar göstərdi ki, ermənilər hər zaman Azərbaycanın xaricdəki səfirlikləri və diplomatları üçün təhlükə mənbəyidir. Bunu o qədər də uzaq olmayan tarixdə erməni terrorçularının Türkiyə səfirlikləri və diplomatlarına qarşı törətdikləri terror aktları da sübut edir. İndi eyni təhlükə Azərbaycanın xarici nümayəndəlikləri və diplomatları üzərində dolaşmaqdadır.

Məlum Tovuz təxribatından sonra ermənilərin aksiyalarında Azərbaycanın diplomatik təmsilçiliklərinin binalarına, avtomobillərinə ciddi zərər vuruldu. Səfirliklərimiz faktiki olaraq terrora məruz qaldı.

Xatırladırıq ki, bundan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, o cümlədən ABŞ-dakı səfirliyimizə qarşı radikal erməni təşkilatlarının üzvləri tərəfindən müdaxilə cəhdləri olub.

 İndiki zamanda, ermənilər cəbhədəki uğursuzluqlar fonunda daha da azğınlaşır.Müxtəlif ölkələrdə aksiyalar keçirirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, bu hadisələr zamanı Azərbaycan diplomatlarına qarşı real təhlükə, həyat və fəaliyyətlərinə qarşı yönəlmiş təhdidlər olur.

Bəzi səfirlərimiz isə vətən qarşısında cəbhədəki əsgərdən heç də az olmayan rəşadət göstərir.

İdealogiya.az bildirir ki, belə vətənpərvər diplomatlarımızın başında şübhəsiz ki, Moldovada konsulumuz olan Qüdsi Oismanov durur. Məhz onun səylərinin nəticəsidir ki, Moldova rəsmiləri Azərbaycanı dəstəkləyirlər. Bu ölkənin Kütləvi informasiya vasitələrində məhz Azərbaycanın mövqeyini dəstəkləyən yazılar tirajlanır.

Düzdür, Moldovanın özü də separatizmdən əziyyət çəkir, onlar da Moskvanın müdaxiləsi ilə üzləşiblər zamanında. Odur ki, bizim vəziyyəti daha yaxşı anlayırlar.

Ancaq konsulluğumuzun və dipolomatımızın gərgin əməyi göz önündədir.

Qüdsi Osmanov təcrübəli diplomatdır. Azərbaycan həqiqətlərini bu ölkədə yüksək səviyyədə çatdırır. Bura da bir başqa cəbhədir. Və buradakı uğurlar da önəm daşıyır.

Qüdsi Osmanova və Moldovadakı Azərbaycan diasporuna uğurlar diləyirik.

Ərtoğrul Fateh

Sonxəbər.info


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>