Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova | SON XƏBƏR | SON XƏBƏR

Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir – Mariya Zaxarova

Moskva Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə əvvəlki kimi fəal vasitəçilik səyləri göstərir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsinin qarşısını almağa yönəlmiş səylər davam etdirilir:

“Dağlıq Qarabağ məsələsi oktyabrın 20-də və 21-də Xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycandan həmkarları ilə ayrı-ayrı görüşlərdə müzakirə olunub. Biz əvvəlki kimi ATƏT Minsk qrupu həmsədrliyi formatında işimizi davam etdiririk. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda olması planlaşdırılır”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>