Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİ | SON XƏBƏR | SON XƏBƏR

Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİ

Süd vəzi xərçənginin qadınlar arasında onkoloji xəstəliklər sırasında birinci yeri tutduğu hər kəsə məlumdur. Bu xəstəliyin müəyyən mərhələyədək gilzi inkişaf etdiyi, hətta ağırlaşana qədər heç bir əlamət vermədiyi bildirilir. Ona görə də mütəxəssislər qadınları mütəmadi olaraq süd vəzi müayinələrindən keçməyə çağırırlar. Bununla yanaşı süd vəzi xərçənginin gizli əlamətləri barədə də hər kəsin xəbərdar olmasının vacibliyi vurğulanır.

Sonxəbər.info  e-tibb.az-a istinadən bildirir ki, döş xərçənginin gizli simptomlarla inkişaf edə biləcəyini söyləyən Türkiyədən olan onkoloji cərrahiyyə mütəxəssisi İsmail Özsan qadınlara diqqət etmələri lazım olan simptomlar və şikayətlər barədə xəbərdarlıq edib. Göğüste çukurlaşma meme kanseri açısından önemli bir belirtidir. Çukurlar, genellikle tümörün deriyi çekmesinden kaynaklanır ve önemli bir habercidir.

Onun sözlərinə görə, sinə içində çuxurun yaranması çox vacib bir simptomdur. Çuxurlar ümumiyyətlə, şişin dərini çəkməsindən qaynaqlanan vacib bir xəbərçidir. Döş xərçəngi xəstələrində döş giləsində geri çəkilmələr olur. Əgər döş ucu çəkilibsə, müdaxilə ilə çıxmırsa, xərçəngdən şübhələnmək lazımdır.

Döş dərisinin portağal qabığı görünüşü də vacib bir əlamətdir. Bu vəziyyətdə döş xərçənginin irəlilədiyini söyləmək mümkündür.

Döş ətrafında qırmızı səpmələr

Sinədə, süd vəzi ətrafında qırmızı, pullu səpgilər də ciddi qəbul edilməlidir. Əlbəttə ki, bu səpmələrin başqa bir səbəbi də ola bilər, ancaq səpmə bir neçə həftəyə keçməzsə, bir mütəxəssisə göstərilməlidir.

Qırmızı, şişmiş və həssas döşlər iltihablı döş xərçəngi əlamətlərindəndir. Başqa bir simptom süd vəzindən axıntı hesab olunur. Axıntı açıq rəngli və ya qan rənglindədirsə, dərhal mütəxəssisə müraciət edilməlidir.

Mütəxəssis bildirib ki, genetik olaraq keçən və ya ailəvi olan döş xərçəngləri bütün döş xərçənglərinin 15 faizini təşkil edir. Türkiyədə hər 22 qadından birində döş xərçəngi aşkarlanır. Döş xərçəngi diaqnozu qoyulan hər 6 qadından birinin yaşı 40-dan azdır.

Qeyd edək ki, hər ilin oktyabr ayında süd vəzi xərçəngi ilə mübarizə aylığı keçirilir. Aylığın keçirilməsi hər il oktyabrın 15-də dünyanın bir çox ölkəsində qeyd olunan Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü ilə bağlıdır. Bu tədbirlərin keçirilməsini ilk dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfinfən elan olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>