Yerəvanda təcili toplantı: Separatçı rejimin liderləri Paşinyandan izahat tələb edir | SON XƏBƏR | SON XƏBƏR

Yerəvanda təcili toplantı: Separatçı rejimin liderləri Paşinyandan izahat tələb edir

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin sabiq “liderləri” Arkadi Qukasyan və Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək məqsədilə təcili şəkildə Yerevana gedib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, tərəflər döyüş zonasındakı vəziyyəti müzakirə ediblər.

Erməni mətbuatı yazır ki, A.Qukasyan və B.Saakyan Yerevana baş nazirin bir gün əvvəl bir sıra partiya nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə əlaqədar narahatlığını bildirmək üçün yola düşüb.

Həmin görüş zamanı hansı fikirlərin səsləndirildiyi barədə məlumat verilməyib.

N.Paşinyanın mətbuat katibi separatçıların görüşü barədə məlumatı olmadığını desə də, jurnalistlər onların hökumət binasından çıxmasını görüntüyə alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>