Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək

Yaxın perspektivdə Azərbaycanda balıqçılıq təsərrüfatının inkişafı üçün Sərsəng və Suqovuşan su anbarlarının potensiallarından istifadə oluna bilər.

Bunu Trend-ə Azərbaycan Balıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Zaur Salmanlı deyib.

Onun sözlərinə görə, yaxın illərdə balıqçılığın inkişafı məqsədilə Araz çayında su anbarları kaskadının istifadəsi də mümkündür:

“Hazırda “Azerbaijan Fish Farm” şirkəti tərəfindən balıqçılıq sahəsinin inkişafına yönəlmiş bir neçə layihə reallaşdırır”.

 

Z.Salmanlı əlavə edib ki, forel balığının yetişdirilməsinin inkişafı üçün Kəlbəcər rayonunun əlverişli hidroloji və hidrokimyəvi xüsusiyyətlərə malik göllərindən istifadə məqsədəuyğundur:

“Bundan başqa, vaxtilə Kür qızılbalığının əsas kürütökmə çayının Həkəri çayı olduğunu xüsusi qeyd etmək lazımdır”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>