Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)

Dekabrın 2-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri cənab Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.

O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO) - Gallery Thumbnail
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO) - Gallery Thumbnail

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>